Hövzə Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullah Seyid Əli Xameneinin böyük İran xalqına ünvanladığı müraciətin mətni belədir:
Bismilləhir-Rahmənir-Rahim
Böyük İran milləti!
Sionist rejim bu gün səhər tezdən əziz ölkəmizə qarşı növbəti dəfə öz murdar və qanlı əllərini cinayətə uzadaraq yaşayış məntəqələrinə hücum etdi və beləliklə, öz iyrənc və alçaq mahiyyətini bir daha aşkara çıxardı. Bu rejim ağır bir cəzanı gözləməlidir.
İran İslam Respublikasının qüdrətli Silahlı Qüvvələri Allahın izni ilə onu heç vaxt rahat buraxmayacaqdır.
Düşmənin bu hücumlarında bir sıra dəyərli generallar və alimlər şəhidlik zirvəsinə ucaldılar. İnşallah onların yerini tutan silahdaş və davamçıları dərhal öz müqəddəs vəzifələrini davam etdirəcəklər.
Sionist rejim bu vəhşi cinayəti ilə özü üçün acı və ağrılı bir sonluq hazırlamışdır və şübhəsiz ki, həmin taleyi özü yaşayacaqdır.
Seyyid Əli Xamenei
13 iyun 2025
Rəyiniz